Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu barədə ölkənin LSM dövlət televiziyası və radiosu LSQ-yə istinadla məlumat verib.
“Latviya hava məkanına mümkün təhlükə barədə məlumat veririk. Hazırda əlavə hərəkət tələb olunmur. Əgər vəziyyət dəyişsə, sizə zəruri tədbirlər barədə bildiriş göndəriləcək”, - deyə LSQ xəbərdarlıq edib.
LSM-in məlumatına görə, həyəcan 04:59-dan 06:25-dək yerli vaxtla davam edib. Vətəndaşlara ölkə hava məkanındakı mümkün təhlükə barədə telefon vasitəsilə xəbərdarlıq göndərilib.
Qeyd olunur ki, 7 mayda Latviyanın şərqində yerləşən Rezekne şəhərindəki neft bazasına dron düşərək dörd saxlama tankına ziyan vurub. O vaxt müdafiə naziri vəzifəsini tutan Andris Spruds bildirib ki, ilkin məlumatlara görə dronlar “Ukrayna tərəfdən Rusiya istiqamətinə doğru” daxil ola bilərdi. Rusiya Müdafiə Nazirliyi isə Ukrayna Silahlı Qüvvələrinin Sankt-Peterburq yaxınlığındakı mülki obyektləri hədəf almaq cəhdində Latviya hava məkanında altı dron qrupu aşkar etdiyini bildirib.
Bizimyol.info