Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Latviya zərurət yaranacağı təqdirdə öz ərazisində nüvə silahlarının yerləşdirilməsinə hazırdır.
Redaktor.az xəbər verir ki, bunu Latviya Prezidenti Edqars Rinkeviçs LETA agentliyinə müsahibəsində bildirib.
“Zərurət yaranarsa və NATO-nun müvafiq kollektiv qərarı qəbul edilərsə, nüvə silahları Latviyada yerləşdiriləcək”, – deyə Rinkeviçs bildirib.
O qeyd edib ki, Latviya Konstitusiyasında ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsini qadağan edən müddəa yoxdur.
Qeyd edək ki, sentyabrın 29-da Rusiyanın İrlandiyadakı səfirliyi Kalininqrad vilayətinin müdafiəsi üçün nüvə silahından istifadə etməyə hazır olduğunu açıqlayıb. Diplomatlar NATO-nun Rusiyanın bu regionuna blokada tətbiq etməyə hazırlaşması ilə bağlı məlumatlara diqqət çəkiblər.
Xədicə BAXIŞLI