Latviya Prezidenti: Ağ Şəhər mənə çox böyük təəssürat bağışladı

22.04.2026

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Ağ Şəhəri ziyarət etdim. Bu, mənə çox böyük təəssürat bağışladı.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Latviya Prezidenti Edqars Rinkeviçs aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışında deyib.

"Bu ideya hələ 2011-2012-ci illərdə hazırlanıb və Siz əvvəlcə çirklənmiş əraziləri təmizləməyə müvəffəq oldunuz, sonra isə memarlıq möcüzəsini yaradaraq, XX əsrə uyğun müasir şəhəri yaratdınız. Bu, Azərbaycanın potensialını göstərir", - deyə Latviya Prezidenti bildirib.
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью