Bizim media saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda qeyd edib.
"Yaxın dialoqumuzun davam etdirilməsini səbirsizliklə gözləyirəm və Sizi münasib vaxtda Latviyaya rəsmi səfərə dəvət etməkdən məmnunluğumu ifadə edirəm", - deyə məktubda vurğulanıb.
Bizim.Media