Latviya rusdilli sakinləri “xalq düşməni” hesab edir Zaxarova

27.11.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Latviya hakimiyyətini ölkənin bütün rusdilli sakinlərinə potensial “xalq düşməni” kimi yanaşmaqda ittiham edib.

Redaktor.az xəbər verir ki, onun açıqlaması nazirliyin rəsmi saytında dərc olunub.

Zaxarovanın sözlərinə görə, rus dili Riqa üçün ənənəvi olaraq “barışmaz düşmən” hesab olunur və bu dilə qarşı uzun illərdir aparılan mübarizə hazırda yeni mərhələyə qədəm qoyur.

“Latviyanın bütün rusdilli sakinləri repressiv rejim tərəfindən potensial ‘xalq düşmənləri’ kimi qəbul edilir”, – Zaxarova vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Latviyanın Baş naziri Andris Kulberqs “Welt” nəşrinə müsahibəsində Ukrayna münaqişəsi başa çatdıqdan sonra belə Rusiya ilə münasibətlərin normallaşmasının mümkünlüyünü istisna edib. O, “yeni dövrün” başladığını bildirib.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью