Latviya Ukrayna üçün min dron hazırlayıb

30.12.2024

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Latviya Ukraynaya təhvil vermək üçün mindən çox dron hazırlayıb. Bunlar müxtəlif növ pilotsuz uçuş aparatı (PUA) olacaqlar.

Bakıvaxtı.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Latviyanın müdafiə naziri Andris Spruds bildirib.

"Latviyalı PUA istehsalçıları ilə birlikdə Ukraynanı dəstəkləməyə davam edirik. Müxtəlif növ 1000-dən çox PUA-dan ibarət son partiya hazırlanıb", - o vurğulayıb.

Müdafiə naziri qeyd edib ki, dron koalisiyasına Latviya və Böyük Britaniya rəhbərlik edir. Onun sözlərinə görə, Latviya 2025-ci ildə koalisiya çərçivəsində PUA-ların alınması üçün əlavə 20 milyon avro ayıracaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью