Latviya Ukraynaya 40 milyon avro pul ayıracaq

18.11.2025

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Latviya hökuməti 2026-cı ildə ukraynalı qaçqınlara dəstək üçün 39,7 milyon avro ayırmağı planlaşdırır.

Bakıvaxtı.az-ın məlumatına görə, bu dəstək tədbirləri Aİ Şurasının müvəqqəti qorunma müddətini 2026-cı il martın 4-dək uzadan qərarına əsaslanacaq.

Qeyd edək ki, hazırda Latviyada 31 mindən çox ukraynalı müvəqqəti qoruma statusuna malikdir və qaçqın axını aylıq 500–600 nəfər səviyyəsində qalır.

Məlumata görə, yeni plan yaşayış, sosial yardım, təhsil, səhiyyə və inteqrasiya da daxil olmaqla on istiqamət üzrə tədbirləri əhatə edəcək.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью