Latviyada “derusifikasiya bəyannaməsi” qəbul ediləcək

19.11.2026

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Latviya hökuməti ölkədə rus dilinin mövqeyinin məhdudlaşdırılmasına hüquqi zəmin yaratmaq məqsədilə “derusifikasiya bəyannaməsi” qəbul etməyi planlaşdırır.

Sherg.az xəbər verir ki, bu barədə “Delfi” nəşri hökumətin iş proqramına daxil edilmiş sənədə istinadən məlumat yayıb.

Bildirilib ki, təşəbbüs Latviya Nazirlər Kabinetinin planlarına daxil edilib. Bəyannamənin əsas məqsədi akademiklərin, tarixçilərin və sosiolinqvistika üzrə mütəxəssislərin araşdırmalarını ümumiləşdirmək, həmçinin latış dilinin ölkənin yeganə dövlət dili statusunu möhkəmləndirmək üçün hüquqi baza formalaşdırmaqdır.

Nəşrin məlumatına görə, sənəddə rus dilinin məhdudlaşdırılmasına dair konkret tədbirlər hələlik müəyyənləşdirilməyib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova rusofobiyanın ən qabarıq təzahürlərinin Baltikyanı ölkələrdə müşahidə olunduğunu iddia edib. O, İkinci Dünya müharibəsi illərində Baltikyanı ölkələrdə bəzi xalqların təqib edildiyini xatırladaraq, hazırda region dövlətlərinin hakimiyyət orqanlarının, xüsusilə ruslara qarşı oxşar siyasət yürütdüyünü bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью