Latviyada əhalinin sayı azalmaqda davam edir

18.11.2024

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Latviya əhalisini itirməkdə davam edir.

Oxu.Az xəbər verir ki, bu barədə Delfi.lv ölkənin Mərkəzi Statistika İdarəsinin məlumatlarına istinadən bildirib.

"Bu il oktyabrın 1-ə olan məlumata görə, Latviyanın əhalisi 1,857 milyon nəfər olub. Bu, 2024-cü il yanvarın 1-i ilə müqayisədə 15,1 min nəfər azdır", - deyə statistika idarəsindən bildirilib.

Qurumun məlumatına görə, yanvar-sentyabr aylarında yeni doğulanların sayı azalmaqda davam edib, bu dövrdə 10 mindən az körpə doğulub. Cəmi 9 716 doğuş olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,7% azdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью