Latviyada hava həyəcanı: Sərhədi keçən PUA vuruldu

14.08.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Latviya ərazisində qırıcı təyyarə ölkənin hava məkanına icazəsiz daxil olan pilotsuz uçuş aparatını (PUA) vuraraq məhv edib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə ölkənin Milli Silahlı Qüvvələrinin "X" sosial şəbəkəsindəki rəsmi hesabında açıqlama yayılıb:

"Hava məkanımızdakı təhlükənin artıq sovuşduğunu bildiririk. Müttəfiq qırıcı təyyarələri hava məkanımıza daxil olan pilotsuz uçuş aparatını uğurla zərərsizləşdiriblər".

Bildirilir ki, səhər saat 4 radələrində ölkənin şərq və cənub-şərq bölgələrində yerləşən Auqşdauqava, Preyli, Rezekne və Balvi bölgələrində hava həyəcanı siqnalı verilib.

Hərbçilər sərhədi pozan dronun məhv edilməsi barədə təxminən yarım saat sonra məlumat veriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью