Latviyada müdafiə xərcləri ÜDM in 5% nə qədər artırıla bilər

20.01.2025

Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Latviyada müdafiə xərclərini Ümumi Daxili Məhsulun (ÜDM) 5%-nə çatdırmaq məqsədi ilə yaxın gələcəkdə dövlət büdcəsində vəsaitlərin optimallaşdırılacağı açıqlanıb.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Latviya Prezidenti Edqars Rinkeviçs bildirib.

“Bu, xərclərin azaldılması ilidir. İxtisarların qəbuledilməz olduğu yeganə sahə təhlükəsizlikdir. Bəzi xərcləri azaltmaqla həll yollarını tapmalı olacağıq”, - o qeyd edib.

Rinkeviçsin sözlərinə görə, bu məsələ ABŞ ilə danışıqlardan asılı olacaq.

Qeyd olunub ki, hazırda Latviya müdafiə sənayesinin tələbatı artıq ÜDM-in 4%-ni keçir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью