Latviyada NATO təlimləri zamanı inəklər xəsarət ALDI

05.11.2026

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Latviyada keçirilən NATO hərbi təlimləri zamanı fermalardan birində inəklər güclü səs-küy və yaranan panika nəticəsində xəsarət alıb. Heyvanlardan birinin vəziyyətinin kritik olduğu bildirilir.

Redaktor.az xəbər verir ki, bu barədə heyvanları müdafiə təşkilatı “Zootēka” “Facebook” sosial şəbəkəsində məlumat yayıb.

Təşkilatın açıqlamasında qeyd olunub ki, “Namejs” hərbi təlimlərindən sonra fermalardan birində güclü stress və panika səbəbindən inəklər xəsarət alıblar. Heyvanlardan biri ağır vəziyyətdədir.

Fermerin sözlərinə görə, atəş səsləri inəkləri qorxudub. Panikaya düşən heyvanlar hasarların üzərindən tullanmağa başlayıb və nəticədə fermada sıxlıq yaranıb.

Təşkilat Latviyanın silahlı qüvvələrinin bu hadisəyə diqqətsiz qalmayacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, daha əvvəl Rusiya Dövlət Dumasının deputatı Svetlana Jurova Latviyada keçirilən NATO təlimlərinin məqsədini şərh edib. O, alyansın Avropa ölkələrinin ÜDM-dəki payı üzrə müdafiə xərclərinin 2,5 faizdən 5 faizə yüksəlməsini yerli əhaliyə izah etmək istədiyini bildirib.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью