Latviyadan ruslarla bağlı çağırış: Dayandırılsın!

06.03.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

AB ölkələri Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsini dayandırmalıdır.

Axar.az xəbər verir ki, bunu Latviya xarici işlər naziri Rixards Kozlovskis deyib.

“Belə bir xidmətdən imtina etmək mənəvi borcdur. Bütün AB-yə üzv dövlətlər təhlükəni ciddi qəbul etməlidir”, - Kozlovskis bildirib.

Latviya XİN başçısı bunu belə əsaslandırıb ki, Avropa Birliyi hibrid müharibə vəziyyətindədir və mümkün aktiv təxribatlardan ziyan çəkə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью