Latviyadan vətəndaşlarına: Rusiya və Belarusa səfərlərdən çəkinin

04.02.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

"Dövlətlər arasında münasibətlər tam kəsilməyib, lakin biz riskləri başa düşməliyik".

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu  Latviyanın müdafiə naziri Andris Spruds deyib.

Latviyalı nazir ölkənin vətəndaşlarını Rusiya və Belarusa səfərlərdən çəkinməyə çağırıb.

"Dövlətlər arasında münasibətlər tam kəsilməyib. Lakin vətəndaşlar nə Rusiyaya, nə də Belarusa səfər etməmək çağırışlarına qulaq asmalıdırlar", - deyə Spruds qeyd edib.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью