Latviyalı diplomat Rusiya XİNə çağırıldı: Bu, əxlaqsızlıqdır!

06.12.2024

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Latviyanın Rusiyadakı müvəqqəti işlər vəkili Daçe Rutka Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və Rusiyanın mədəni irsinin dağıdılmasına etiraz edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb.

"Rutkaya bildirilib ki, latviyalı rusofobların yuxarıda qeyd olunan qərəzli hərəkətləri dərin əxlaqsızlıqdır və sivil dünyada qəbuledilməzdir", - bəyanatda qeyd edilib.

Rusiya Xarici İşlər Nazirliyi həmçinin UNESKO və digər müvafiq beynəlxalq qurumları bu cür vəhşi hərəkətləri pisləməyə çağırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью