Latviyalı rəssam: Azərbaycanın çox peşəkar rəssamları var

31.10.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 31 oktyabr, AZƏRTAC

“Baku Art Weekend” kimi tədbirlərin keçirilməsi böyük əhəmiyyət daşıyır. Belə festivallar həm Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılmasına, həm də xarici qonaqların ölkənizin incəsənəti ilə daha yaxından tanış olmasına şərait yaradır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Latviyadan olan rəssam və heykəltəraş Eqons Perşeviçs deyib.

O, ilk dəfə Bakıda olduğunu və şəhərin onda xoş təəssürat yaratdığını vurğulayıb: “Burada gördüklərim məni heyran etdi. Azərbaycanın çox peşəkar rəssamları var. Onlarla birgə çalışmaq mənim üçün çox xoş oldu".

Müxbir - Gülay Nəzərova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью