Lautaro: Barselona məni istəyirdi

03.09.2026

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“İnter”in argentinalı hücumçusu Lautaro Martines “Barselona”nın onunla maraqlandığını təsdiqləyib.

Fanat.Az xəbər verir ki, informasiyanı AS yayıb.

Cənubi amerikalı forvard Kataloniya klubunun transfer gündəmində olduğunu bildirib.

Lautaronun sözlərinə görə, “Barselona”nın ona olan marağı barədə yayılan xəbərlər həqiqəti əks etdirib. 

Argentinalı futbolçu İtaliya klubuna olan bağlılığını da xüsusi qeyd edib. O, "İnter"in onun üçün qürur və xoşbəxtlik mənbəyi olduğunu vurğulayaraq gələcəkdə də Milan təmsilçisinin sıralarında uğurlar qazanmaq istədiyini açıqlayıb.

Lautaro həmçinin “qara-göylər”in idman direktoru Piero Ausilionun ona göstərdiyi etimadı yüksək qiymətləndirib: “Ausilio ilk gündən mənə güvəndi və klubun layihəsini mənə aşıladı. Ona həmişə minnətdar olacağam”.

Əlisahib İbrahimli

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью