Lautaro Martines adını Çempionlar Liqasının tarixinə yazdırıb

07.05.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"İnter"in hücumçusu Lautaro Martines Çempionlar Liqasında "Barselona" ilə oyunda qol vuraraq tarixə düşüb.

Oxu.Az xəbər verir ki, Martines bu mövsüm Çempionlar Liqasında 13-cü matçında doqquzuncu dəfə qol vuraraq yeni rekorda imza atıb.

Argentinalı ulduz indi Hernan Krespodan sonra "İnter"lə bir mövsümdə avrokuboklarda ən çox qol vuran oyunçudur.

Martines bu mövsüm daha bir qol vursa, yeni rekordçu olacaq.

Qeyd edək ki, "İnter" əlavə vaxtda rəqibini məğlub edərək finala vəsiqə qazanıb - 4:3.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью