Lautaro Martines İnter in rekordçusu olub ÇL də

09.04.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

"İnter"in hücumçusu Lautaro Martines Çempionlar Liqasında 19-cu dəfə fərqlənib.

İdman.biz xəbər verir ki, argentinalı futbolçu 1/4 finalda "Bavariya" ilə görüşün 38-ci dəqiqəsində hesabı açıb.

Martines bu qolla "İnter"in turnirdəki bombardiri ünvanına sahib olub. Lautaro hesabında 18 top olan braziliyalı forvard Adrianonu arxada qoyub.

Qeyd edək ki, Münhendə keçirilən qarşılaşma Milan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Cavab matçı bir həftə sonra İtaliyada olacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью