Lautaro Martinez Maradonaya çatdı İdmanXəbər

20.11.2024

Icma.az, Idmanxeber.az saytına istinadən bildirir.

Argentina millisi DÇ-2026-nın seçmə mərhələsində Peru yığmasını 1:0 hesabı ilə məğlub edib.

İdmanxeber.az-ın məlumatına görə, komandanın qolunu 55-ci dəqiqədə hücumçu Lautaro Martinez vurub. 27 yaşlı argentinalı millidə 32-ci qoluna imza atıb. Bu göstəriciyə görə o, qollarının sayınə Dieqo Armando Maradona ilə bərabarləşdirib.

Martinez Argentina tarixində ən çox qol vuran beş futbolçudan biridir. Onu Hernan Krespo (35 qol), Serxio Aquero (41 qol), Qabriel Batistuta (55 qol) və Lionel Messi (112 qol) qabaqlayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью