Lavalda Türkiyə və Azərbaycan mədəniyyəti nümayiş olunub

05.09.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paris, 5 sentyabr, AZƏRTAC

Fransanın Laval şəhərində 160-dan çox assosiasiyanın iştirak etdiyi Assosiasiyalar Forumunda Türkiyə və Azərbaycan mədəniyyəti, milli dəyərləri və mətbəxi təqdim olunub

AZƏRTAC xəbər verir ki, tədbirdə türk və Azərbaycan Assosiasiyasının (Association Turque et Azerbaïdjanais ATA) gənc könüllüləri fəal iştirak edərək, Azərbaycanın tarixi, mədəniyyəti və milli irsi haqqında məlumat veriblər.

Azərbaycan stendində ölkəmizin tarixi, musiqisi və mədəniyyət abidələrinə dair Heydər Əliyev Fondunun fransız dilində dərc etdiyi kitablar və broşürlər nümayiş etdirilib.

Azərbaycan bayrağı formasında hazırlanmış tort şəhər bələdiyyəsinin sədri və sərgi iştirakçılarının iştirakı ilə kəsilib. Ziyarətçilər Azərbaycan mətbəxinin ləziz təamlarına – tort, milli şirniyyat və çaya qonaq ediliblər.

Forum iştirakçıları Azərbaycan və Türkiyə mədəniyyəti və şirniyyatlarını yüksək qiymətləndirərək, gənc könüllülərə təşəkkürlərini bildiriblər. Bəzi ziyarətçilər Azərbaycan və türk könüllüləri ilə daha əvvəl Novruz Festivalında görüşdüklərini və onların fəaliyyətini xatırladıqlarını qeyd ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью