Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.
“Biz Cənubi Qafqaz ölkələrini və onların yaxın qonşularını (Rusiya, İran və Türkiyə) təmsil edən “3+3” platformasında regional əməkdaşlığın inkişafında böyük potensial görürük”.
Reyting.az xəbər verir ki, bu sözləri İrəvanda səfərdə olan Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib.
Rusiyalı nazir xatırladıb ki, “3+3” platforması çərçivəsində artıq Tehran və İstanbulda nazirlər səviyyəsində iki görüş keçirilib.
Lavrov bildirib ki, hazırda üçüncü foruma hazırlıq başlayıb.
E. KAMAL