Lavrov “3+3” platformasının onlar üçün açıq olduğunu açıqladı

19.02.2025

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “3+3” regional əməkdaşlıq platformasında qapıların Gürcüstan üçün açıq olduğunu təsdiqləyib. 

"Unikal" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

"Əvvəldən hamı razılaşdı ki, bizdə “3+3” formatı var və biz Gürcüstanın mövqeyinin dilemmalarını və nüanslarını başa düşürük, lakin bu formatın konfrans zalında həmişə gürcü nümayəndələri üçün yer olacaq", - Rusiya XİN rəhbəri Dövlət Dumasında çıxışı zamanı deyib. 

O xatırladıb ki, bu yanaşma nazirlərin son görüşündə də təsdiqlənib: "Biz gürcü tərəfinə təsdiq etdik ki, qapılar açıqdır, onlar üçün kreslo qoyulub. Və “3+3”ün bütün iştirakçıların maraqlarına uyğun olması isə şübhə doğurmur".

Lavrov əlavə əməkdaşlıq mexanizmlərinin təşkili üçün deputatların “3+3” formatında parlamentlərarası komissiya yaradılması təklifini dəstəkləyib. 

Qeyd edək ki, “3+3” regional əməkdaşlıq platformasına Azərbaycan, Ermənistan, Gürcüstan, həmçinin Rusiya, İran və Türkiyə daxildir. Gürcüstan isə bu formatda iştirak etməyi planlaşdırmadığını açıqlayıb. 

Ağarza Elçinoğlu 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью