Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26.11.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Rusiya xarici işlər naziri Sergey Lavrov Moskva ilə Vaşinqton arasında fikir ayrılıqlarının davam etməsinə baxmayaraq, ABŞ-nin Avropa ilə müqayisədə daha yetkin siyasi mövqe nümayiş etdirdiyini bildirib.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Gələcək naminə dialoq” beynəlxalq proqramının iştirakçıları ilə görüşündə bildirib. 
 

“Prezident Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ uzun müddətdir Avropada müşahidə olunmayan siyasi yetkinlik nümayiş etdirib”, – deyə Rusiya XİN rəhbəri bildirib.


Lavrov qeyd edib ki, Co Bayden administrasiyası tərəfindən tətbiq edilən sanksiyalar hələ də qüvvədədir, Tramp isə “Lukoyl” və “Rosneft” də daxil olmaqla, yeni məhdudiyyətlər tətbiq edir.
“Bütün bunlara baxmayaraq, onlar dialoqa hazırdırlar. Üstəlik, diplomatik və digər təmaslarda maraqlıdırlar”, – deyə nazir vurğulayıb.

Bizim.Media 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью