Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ öz qaz qiymətlərini diktə etmək üçün “Şimal Axını”nı bərpa etmək və sonra onu avropalılardan almaq istəyir.
Gununsesi.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RT India-ya verdiyi müsahibədə bildirib .
“Baxın, amerikalılar indi Şimal Axınını – iki partladılmış qaz kəmərini necə bərpa etməyi planlaşdırırlar. Onlar onu avropalıların yatırdığından on dəfə az qiymətə geri almaq istəyirlər”, – deyə Lavrov bildirib.
Nazir bildirib ki, əgər Vaşinqton istədiyinə nail olarsa, bu, almanları milli ləyaqətlərini bərpa etməyə və “Biz bu boru kəmərindən istifadə edəcəyik” deməyə məcbur edəcək”.
Lakin o, xəbərdarlıq edib ki, qiymətlər Moskva və Berlin arasındakı razılaşmaların nəticəsi deyil, ABŞ tərəfindən müəyyən ediləcək.
Nazir həmçinin xatırladıb ki, Bayden administrasiyası qaz kəmərlərinin işləməyəcəyini bildirmişdi. Bu arada, indi ukraynalılar infrastrukturu pozmaqda günahlandırılır və “amerikalılar Avropa şirkətlərinə məxsus olan hissəni almaq istəyirlər”, – deyə Lavrov bildirib.
Maqsud