Lavrov: ABŞ Suriyadakı bəzi kürd separatçılarını “qidalandırır”

06.12.2024

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Suriyadakı bəzi kürd separatçılarını “qidalandırır”. Bunu Rusiya XİN başçısı Lavrov bildirib. 

“Suriyada böhran başlayanda bizim razılaşmamız var idi. Rusiya, Türkiyə və İranın iştirakı ilə Astana formatını təşkil etdik. Biz müntəzəm görüşürük. Yerlərdə vəziyyətin müzakirəsi üçün bu ilin sonuna və ya gələn il daha bir görüşün keçirilməsi planlaşdırılır. Oyunun qaydaları suriyalıların bir-biri ilə barışmasına kömək etmək və separatçı təhdidlərin artmasının qarşısını almaqdır. Amerikalıların da Suriyanın şərqində neft və taxıl satışından əldə edilən gəlirlərdən, istifadə etdikləri resurslardan istifadə edərək bəzi kürd separatçılarını qidalandırarkən etdikləri budur”, deyə Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.

Ülviyyə, Hurriyyet.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью