Lavrov: Afrikada terror təhdidlərini müstəmləkə təsirini itirməklə barışmayan dövlətlər planlaşdırır

17.08.2026

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Afrikada terror təhdidlərini Afrika qitəsindəki müstəmləkə təsirini itirməklə barışa bilməyən dövlətlər planlaşdırır. Fransa da bu fəaliyyətlə məşğul olan ölkələrdəndir.

Bizimyol.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qananın xarici işlər naziri Samuel Okudzeto Ablakva ilə danışıqlarının yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

“Rusiya Müdafiə Nazirliyinin Afrika Korpusu tamamilə qanuni əsaslarla, Afrika ölkələrinin qanuni hökumətlərinin rəsmi müraciətlərinə cavab olaraq fəaliyyət göstərir və həmin hökumətlərin Afrika Korpusunun bölmələri qarşısında qoyduğu vəzifələri yerinə yetirir. Bu vəzifələrin başında terror hücumlarının dəf edilməsi dayanır. Həmin hücumları, o cümlədən Afrikadakı müstəmləkə təsirinin itirilməsi ilə barışa bilməyən bəzi ölkələr planlaşdırır”, – deyə Lavrov bildirib.

Nazir əlavə edib ki, “Fransanın qanunsuz silahlı birləşmələrlə birbaşa əməkdaşlıq etməsi, onları silahlandırması, maliyyələşdirməsi və təlimatlandırması sirr deyil”.

“İlk növbədə, bu, keçmiş müstəmləkəçilərlə birdəfəlik, tam və geri dönməz şəkildə əlaqələrini kəsmək qərarına gələn və bu siyasəti ardıcıl şəkildə həyata keçirən ölkələrə – bu halda Sahara-Sahel zonasındakı dövlətlərə – problemlər yaratmaq məqsədi daşıyır”, – deyə Lavrov vurğulayıb.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью