Lavrov anons etdi: Çində Putin, Tramp və Si Cinpin görüşü ola bilər

08.09.2026

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Ölkə.az bu barədə "İnterFax"a istinadla məlumat verir.

"Bu, hansısa tərəfin xüsusi arzusu deyil, siyasi zərurətdir. Dünyanın üç ən böyük dövlətinin lideri - iqtisadi gücünə görə Çin, hərbi qüdrətinə görə isə Rusiya və ABŞ eyni vaxtda eyni mekandadırsa, istənilən siyasətçi bu imkanların kəsişməsini proqnozlaşdırmağa borcludur", - deyə Lavrov bildirib.

Sammit çərçivəsində belə bir görüşün baştutma ehtimalını dəyərləndirən nazir fikrini belə davam etdirib: "Şübhə etmirəm ki, Şençjendə çinlilərin təşkilatçılığı ilə Rusiya Prezidentinə belə bir görüş imkanı təklif olunarsa, proqram uyğunlaşdırılacaq. Əminəm ki, dövlət başçımız belə bir fürsətdən imtina etməyəcək".

Qeyd edək ki, APEC (Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı) sammiti bu ilin noyabrında Çində keçiriləcək.

Elvin

Ölkə.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью