Lavrov artıq vasitəçilik edir: Pezeşkianı görüş təklifi!

27.02.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrana səfəri və Məsud Pezeşkianla görüşü zamanı ona ABŞ Prezidenti Donald Trampla görüşməyi təklif edib.

Axar.az xəbər verir ki, bu barədə Küveytin "Əl Cəridə" qəzeti məlumat yayıb.

“Lavrov İranın Almaniya, Britaniya və Fransa ilə danışıqlardan imtina edərək, Rusiya vasitəçiliyi ilə ABŞ-la birbaşa danışıqlar aparmağı tövsiyə edib”, - qəzet yazıb.

İran mediası XİN başçısı Abbas Araqçının danışıqların heç bir şərt olmadan baş tuta biləcəyi barədə bəyanatını Lavrovun təklifinə cavab kimi dərc edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью