Lavrov Avrasiya ölkələrinin səfirləri ilə görüşdə Cənubi Qafqazdakı sabitliyin pozulması risklərindən danışıb

07.04.2025

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Avrasiya ölkələrinin səfirləri ilə görüşüb.

APA xəbər verir ki, görüşdə beynəlxalq məsələlər, o cümlədən Moskvanın Vaşinqtonla təmasları və Ukrayna böhranı müzakirə edilib.

Rusiya XİN başçısı Yaxın Şərqdəki partlayış təhlükəsi olan vəziyyətdən, Cənubi Qafqaz və Mərkəzi Asiyada sabitlik üçün risklərdən danışıb.

Lavrov həmçinin NATO ölkələrinin Asiya-Sakit okean regionunda vəziyyəti destabilləşdirməyə yönəlmiş təhlükəli hərəkətlərinə də diqqət çəkib.

Görüş iştirakçıları həmçinin Rusiya prezidenti Vladimir Putinin Avrasiyada yeni təhlükəsizlik arxitekturasının yaradılması təşəbbüsü ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev də iştirak edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью