Lavrov Avropa İttifaqını hədələdi

14.08.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Avropa İttifaqının (Aİ) Rusiyanın gəlirlərini məhdudlaşdırmaq üçün bəzi gəmiləri “kölgə donanması” elan etməsi təhlükəli yoldur.

Modern.az xəbər verir ki, Lavrov Aİ-nin Brüsselin məhdudiyyətlərinə tabe olmayan, hansı bayraq altında üzməsindən asılı olmayaraq gəmiləri “kölgə donanması” adlandırdığını deyib.

Rusiya XİN rəhbərinin sözlərinə görə, Avropa İttifaqı Rusiyanın dünya bazarlarında gəlir əldə etmək imkanlarını məhdudlaşdırmaq üçün öz hüquq normalarını tətbiq etmək qərarına gəlib.

“Bu, çox təhlükəli yoldur”, - deyə Lavrov vurğulayıb.

Nazir həmçinin Qərbin Rusiya gəmilərini ələ keçirməsinə cavab olaraq Moskvanın hansı gəmiləri hədəf seçəcəyinə özü qərar verəcəyini bildirib.

“Biz hədəfləri özümüz seçəcəyik. Hədəflər rəsmi siyasəti quldurluq və piratçılıq olan ölkələrin maraqlarına xidmət edən gəmilər olacaq”, - Lavrov deyib.

O əlavə edib ki, Rusiya həmin gəmilərlə necə davranacağına da özü qərar verəcək.

Qeyd edək ki, Rusiyanın Qərbə qarşı oxşar xəbərdarlığını daha əvvəl Prezident Vladimir Putin də səsləndirib. O, bəzi ölkələrin Rusiya gəmilərini ələ keçirməyin və onların yükünü satmağın mümkün olduğunu düşündüyünü bildirib.

Putin bunu “piratçılıq və quldurluq” adlandıraraq Rusiyanın buna cavab verəcəyini deyib. Onun sözlərinə görə, cavab tədbirləri mütləq Qərbin hücumlar planlaşdırdığı sularda həyata keçirilməyə bilər. Bu istiqamətdə artıq müvafiq tapşırıq verilib və donanma komandanlıqlarına çatdırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью