Lavrov Azərbaycan tərəfindən vurulan Rusiya helikopterini xatırlatdı

14.01.2025

Manset saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva ilə Bakı arasındakı münasibətlərdən danışarkən Azərbaycan tərəfindən vurulan helikopteri xatırladıb.

Manset.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə diplomatik idarənin rəhbəri mətbuat konfransında danışıb.

“İkinci Qarabağ Müharibəsi zamanı helikopterimiz səhvən vurulub və indi də Azərbaycan təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayanda fəlakət baş verib”, - Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətlərinin struktur xarakteri belə insidentlər zamanı məsələlərin operativ həllinə imkan verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью