Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya xarici işlər naziri Sergey Lavrov Böyük Britaniyanın Ukraynaya dəstəyini tənqid edib.
Redaktor.az bu haqda xarici mediaya istinadla xəbər verir.
Lavrov bildirib ki, Londonun Ukraynanı “sona qədər” dəstəkləyəcəyini açıqlaması təəssüf doğurur. O, Britaniyanın Ukraynaya hərbi dəstəyinin Rusiyaya qarşı münaqişədə birbaşa iştirak kimi qiymətləndirilə biləcəyini və bunun müəyyən nəticələrə səbəb ola biləcəyini deyib.
Lavrovun sözləri Britaniya Baş naziri Endi Bernhemin Ukraynaya dəstəyin davam etdiriləcəyinə dair açıqlamasından sonra səsləndirilib.
Aytəkin TOFİQQIZI