Lavrov bütün dünyaya xəbərdarlıq etdi

16.10.2026

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Dünyanın istənilən ölkəsi Qərbin təşkil etdiyi rəngli inqilabların və onun geosiyasi ekspansiyasının qurbanına çevrilə bilər”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Mərkəzi Asiya və Əfqanıstanın təhlükəsizliyinə həsr olunmuş KTMT, ŞƏT və MDB konfransının plenar iclasında deyib.

“Dünyanın istənilən ölkəsi, o cümlədən Mərkəzi Asiyadakı tərəfdaşlarımız Qərbin geosiyasi ekspansiyasının və təşkil etdiyi rəngli inqilabların qurbanına çevrilə bilər”, - o bildirib.

Lavrovun sözlərinə görə, Qərb dövlətləri uzun illərdir Rusiya və Mərkəzi Asiya ölkələrinin sərhədləri boyunca gərginlik ocaqları yaratmağa çalışırlar. Bu kontekstdə o, Ukrayna ilə müharibəyə görə Qərbi ittiham edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью