Lavrov Ceyhun Bayramovu təbrik edib

04.04.2025

Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovu ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümü münasibətilə təbrik edib. 

Missiya.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, təbrik məktubu Rusiya XİN-in saytında dərc olunub.

“Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümü münasibətilə ən səmimi təbriklərimi qəbul edin”, - deyə Lavrov vurğulayıb.

Onun sözlərinə görə, Rusiyanın Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq istiqamətində möhkəmlənməkdə davam edir. 

Lavrov bildirib ki, beynəlxalq platformalarda qarşılıqlı dəstək qarşılıqlı faydalı maraqların əldə olunmasına töhfə verə bilər.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью