Lavrov: Danışıqlardan imtina etməmişik

16.09.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov paytaxt Moskvada ölkədə akkreditə olunmuş xarici diplomatik missiyaların nümayəndələri ilə dəyirmi masa formatında görüş keçirib.

“Cebheinfo.az” xəbər verir ki, Lavrov Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli formatda danışıqların bərpası ehtimalına münasibət bildirərək deyib:

“Biz hər zaman ciddi danışıqlara hazırıq. Danışıqlardan imtina etməmişik. Danışıqlar həm üçtərəfli, həm də ikitərəfli formatda keçirilə bilər. Heç vaxt danışıqları uzatmağa və ya çətinləşdirməyə çalışmamışıq”.

Lavrov xatırladıb ki, Rusiya ilə Ukrayna arasında 2022-ci ildə İstanbulda danışıqlar aparılıb.

Onun sözlərinə görə, Qərbin müdaxiləsi nəticəsində İstanbul razılaşmalarının həyata keçirilməsi əngəllənib.

Nazir vurğulayıb ki, danışıqlar prosesi davam etsə belə, Rusiya xüsusi hərbi əməliyyatı dayandırmayacaq:

“Mövqeyimizi heç vaxt dəyişməmişik. Bu çərçivədə məntiqli kompromislərin tapılmasına hazırıq”.

Lavrov əlavə edib ki, ABŞ digər Qərb ölkələrindən fərqli olaraq Ukrayna böhranının əsas səbəblərini anlayır və Vaşinqtonun münaqişənin həlli istiqamətində təşəbbüslərini yüksək qiymətləndirdiklərini bildirib.

Onun sözlərinə görə, ABŞ İran məsələsində həll qarşılığında Ukrayna ilə bağlı hər hansı razılaşmanı Rusiyaya heç vaxt təklif etməyib.

Əfsanə
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью