Icma.az bildirir, GlobalInfo portalına istinadən.
“Rusiya Federasiyasından Ermənistan hakimiyyətinə qarşı çoxsaylı ittihamlar səsləndirilir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
O, İrəvana iki yüksək səviyyəli rus rəsminin səfərinin gözlənildiyini söyləyib.
“Moskvadan səsləndirilən ittihamlar fonunda Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Federasiya Şurasının sədri Valentina Matvienkonun ölkəmizə səfəri gözlənilir. Matvienko təxminən 5-6 iyun tarixlərində gələcək”.
Qeyd edək ki, bundan öncə V.Matvienkonun Ermənistana səfəri daha erkən müddətə planlanıb, lakin sonra anidən ertələnməsinə qərar verilib.
Ayşən Mustafa
Globalinfo.az