Lavrov: Ermənistan öz məsələlərini birbaşa qonşu ölkələrlə həll etməlidir

14.01.2025

Icma.az bildirir, Report.az portalına istinadən.

Ermənistan öz məsələlərini birbaşa qonşu ölkələrlə həll etməlidir.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən mətbuat konfransında "Report"un sualını cavablandırarkən bildirib.

"Aİ missiyasının Ermənistanın Sünik rayonunda "təhlükəsizliyi" təmin edəcəyini bəyan etməsini tam başa düşmürəm. Ona görə də biz Azərbaycan Prezidenti İlham Əliyevin "3+3" mexanizminin yaradılması təşəbbüsünü fəal dəstəklədik", - deyə Lavrov bildirib.

O qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması və razılaşdırılması iki ölkənin suveren qərarıdır.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью