Lavrov Ermənistana səfər edəcək

21.01.2025

Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfər edəcəyini açıqlayıb.

Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə rusiyalı diplomat Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Moskvada görüşündən sonra məlumat yayıb.

"Mən Mirzoyanın İrəvana səfər etmək təklifindən mütləq istifadə edəcəyəm", - deyə Lavrov vurğulayıb.

Onun sözlərinə görə, iki nazirin müavinləri arasında dialoq da bərpa olunacaq.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью