Lavrov Filippinə gedib

21.07.2026

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Filippinə səfər edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, səfərdə məqsəd Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) təşkil etdiyi tədbirlərdə iştirak etməkdir.
Rusiyalı nazir 21-23 iyul tarixlərində Rusiya-ASEAN formatında ASEAN xarici işlər nazirlərinin görüşündə, Şərqi Asiya Zirvəsində (EAS) və ASEAN Regional Təhlükəsizlik Forumunda (ARF) iştirak edəcək.
Filippin paytaxtında keçirlən nazirlərin görüşləri çərçivəsində Sergey Lavrovla təkcə ASEAN ölkələrindən deyil, həm də dünyanın digər bölgələrindən olan həmkarları arasında ikitərəfli əlaqələrin intensiv proqramı planlaşdırılır.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, Filippində keçirilən görüşlərdə və tədbirlərdə Lavrovun rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti Asiya-Sakit Okean bölgəsindəki vəziyyət, o cümlədən Qərbin Asiya-Sakit Okean bölgəsini hərbiləşdirmək siyasəti fonunda orada artan münaqişə potensialı, NATO-nun hərbi potensialının dünyanın bu hissəsinə daxil edilməsi və blok mexanizmləri şəbəkələrinin genişləndirilməsinin region üçün təhlükələri barədə fikirlərini təqdim edəcək.
Arzu
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью