Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya xarici işlər naziri Sergey Lavrov noyabrın 17-də Filippinə səfər edəcək.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, Lavrov Manilada keçiriləcək 21-ci Şərqi Asiya Sammitinin tədbirlərində Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək. Zaxarova Şərqi Asiya Sammitinin Asiya-Sakit okean regionunda dövlətlərarası qarşılıqlı əlaqə sisteminin əsas elementlərindən biri olduğunu vurğulayıb.
Rusiya XİN rəsmisinin sözlərinə görə, sammit çərçivəsində tərəfdaşlarla Asiya-Sakit okean regionundakı mövcud geoptik vəziyyət, həmçinin Qərbin regionda NATO-nun hərbi-siyasi potensialını möhkəmləndirmək cəhdləri fonunda yaranan risklər müzakirə olunacaq.
Zeynəb Rzayeva