Lavrov Fuad Hüseynlə görüşüb

26.09.2026

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nazirlər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və iraqlı həmkarı Fuad Hüseyn Yaxın Şərqdə gərginliyin azaldılması üçün beynəlxalq səylərin vacibliyini vurğulayıblar. AYNA.AZ rus mediasına istinadən bildirir ki, Rusiya Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, diplomatlar BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu- Yorkda görüşüblər.

Məlumatda deyilir: "Qlobal və regional gündəmdəki cari məsələlər, xüsusilə Fars körfəzi bölgəsindəki vəziyyət barədə fikir mübadiləsi aparılıb".

Lavrov və həmkarı həmçinin Rusiya-İraq dostluq münasibətlərinin daha da inkişaf etdirilməsinin praktik aspektlərini müzakirə ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью