Lavrov: Gürcüstanla münasibətlərin normallaşmasına

30.12.2024

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ilin yekunlarına dair TASS-a müsahibəsində bildirib.
“Rusiya – Gürcüstan münasibətlərinin normallaşmasına Tbilisinin hazır olduğu qədər hazırıq”, – o qeyd edib.
Lavrov həmçinin vurğulayıb ki, Moskva Gürcüstanın daxili işlərinə qarışmaq niyyətində deyil.
Qeyd edək ki, Gürcüstan 2008-ci il sentyabrın 2-də Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması səbəbindən Rusiya ilə diplomatik əlaqələrini kəsib. Diplomatik əlaqələrin kəsilməsi zamanı Gürcüstan XİN Rusiya ilə konsulluq əlaqələrini saxlayacağını açıqlayıb.
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью