Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Rusiya Prezidenti Vladimir Putin xarici işlər naziri Sergey Lavrovun "rüsvayçılıqla yoxa çıxması" barədə yayılan məlmatları cəfəngiyyat adlandırıb.
“Cebheinfo.az” xəbər verir ki, o, "Bu cəfəngiyyatdır”, - deyə Putin jurnalistlərin xarici işlər naziri Lavrovla bağlı sualını cavablandırarkən bildirib.
"Onun öz iş cədvəli var, mənə nə edəcəyi və nə vaxt edəcəyi barədə məlumat verir", - deyə Rusiya Prezidenti əlavə edib.
Rusiya Xarici İşlər Nazirinin vəzifəsindən kənarlaşdırılması ilə bağlı şayiələr Lavrovun ictimaiyyətin qarşısına çıxmamaı fonunda ortaya çıxıb. Bundan əlavə, o, nüvə sınaqlarının bərpası ehtimalının müzakirə olunduğu Təhlükəsizlik Şurasının iclasında iştirak etməyib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin