“Lavrov hərbi cinayətkardır!” Ukrayna XİN rəhbəri VİDEO

05.12.2024

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.

Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqa Rusiya XİN başçısı Sergey Lavrov çıxışına başlamazdan əvvəl ATƏT-in plenar iclas zalını nümayişkaranə şəkildə tərk edib.

Bakupost.az “AzPolitika”ya istinadən xəbər verir ki, bununla bağlı videonu Ukrayna Xarici İşlər Nazirliyi öz “teleqram” kanalında yayımlayıb.

Lavrovdan əvvəl çıxış edən Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri çıxışının sonunda Lavrovu hərbi cinayətkar adlandırıb: "Ukrayna mövcud olmaq hüququ üçün mübarizəni davam etdirir və bu masada oturan rus hərbi cinayətkarı bunu bilməlidir: Ukrayna bu hüququnu qazanacaq və ədalət qalib gələcək".

Sibiqanın ardınca bir sıra digər ölkələrin xarici işlər nazirləri və diplomatları da ATƏT Xarici İşlər Nazirləri Şurasının illik iclasının keçirildiyi zalı tərk ediblər.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözşüsü Mariya Zaxarova Lavrovla Maltada keçiriləcək görüşdə iştirak etməli idi. Lakin onun vizası yola düşməzdən əvvəl ləğv edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью