Lavrov: İran və İsrail arasında qarşıdurma təhlükəli həddə çatıb

30.12.2024

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaxın Şərqdə “zorakılıq qövsü” genişlənib və İran-İsrail qarşıdurması təhlükəli həddə çatıb.

APA bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilin yekunlarına dair “TASS”a müsahibəsində deyib.

Onun sözlərinə görə, Yaxın Şərq ölkələrində xroniki gərginlik və münaqişələrin alovlanmasının təkrarlanması əsasən ABŞ-nin məsuliyyətsiz hərəkətlərinin nəticəsidir.

“Qeyd olunan amillərin birləşməsi ötən ilin oktyabrında Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin qeyri-sabitləşməsinə səbəb olub. O vaxtdan bəri Fələstin-İsrail münaqişəsi zonasından zorakılıq qövsü Livan və Qırmızı dənizə qədər uzanıb. İran-İsrail qarşıdurması təhlükəli həddə çatıb”, - nazir qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью