Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyi (XİN) xarici işlər naziri Sergey Lavrovun İrana səfərinin təşkili ilə bağlı hazırlıq işlərinin aparıldığını təsdiqləyib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko açıqlayıb.
“Bu istiqamətdə işləyirik”, - Rudenko bildirib.
Qeyd edək ki, Sergey Lavrov sonuncu dəfə keçən il fevralın 25-də Tehrana səfər edib. Səfər çərçivəsində o, iranlı həmkarı Abbas Əraqçi və İran Prezidenti Məsud Pezeşkian ilə görüşüb. İyulun 13-də İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi Lavrovun Tehrana növbəti səfərinə hazırlıq görüldüyünü açıqlasa da, səfərin tarixi barədə məlumat verməyib.