Lavrov: “İranın taleyinə biganə deyilik”

05.02.2026

Icma.az bildirir, Azvision portalına istinadən.

AzVision.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli mediaya açıqlamasında belə deyib.
“Biz hazırda özümüzü İrana, İsrailə və ya ABŞ-yə yardımçı kimi sırımırıq. Onlarla təmaslarımızda, sadəcə, vəziyyəti müzakirə edirik. İran bizim yaxın tərəfdaşımızdır, qonşumuzdur. Biz vəziyyətin necə inkişaf edəcəyi ilə maraqlanırıq. Üstəlik, bu, təkcə İranın özünə deyil, bütün Yaxın və Orta Şərqə münasibətdə partlayıcı vəziyyətdir”, - Rusiya XİN-in rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, orada həddən çox yöndəmsiz ayaqların tapdalaya biləcəyi “ləng işə düşən bombalar” var. İranlılar və israillilər bilirlər ki, istənilən razılaşma əldə olunacağı təqdirdə, Moskva bir daha onun həyata keçirilməsinə töhfə vermək baxımından xidmətlərini təklif etməyə hazırdır.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью