Lavrov Karlsonun səhvini belə düzəltdi

06.12.2024

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov müsahibə verərkən ABŞ-ın hazırkı prezidenti Co Baydenin vəzifəsi ilə bağlı yanlışlığa yol vermiş amerikalı jurnalist Taker Karlsonun səhvini düzəldib.

Publika.az bu barədə "Lenta.ru"ya istinadən xəbər verir.

“Siz dediniz ki, 2016-cı ilin dekabrında, Bayden administrasiyasının son günlərində o, ABŞ və Rusiya arasında münasibətləri daha da mürəkkəbləşdirib”, - teleaparıcı bildirib.

Öz növbəsində Lavrov xatırladıb ki, 2016-cı ildə Bayden vitse-prezident vəzifəsində çalışıb, prezident isə demokrat Barak Obama olub.

"Bəli. Üzr istəyirəm.”, - deyə Karlson irada cavab verib.

Adəm Abbaslı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью