Lavrov mandatından imtina etdi

29.09.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Xarici işlər naziri Sergey Lavrov, Moskva meri Sergey Sobyanin, uşaq hüquqları üzrə ombudsman Mariya Lvova-Belova və hərbi müxbir, VGTRK-nın baş direktorunun müavini Yevgeni Poddubnı "Vahid Rusiya" partiyasından Dövlət Dumasındakı yerlərdən imtina ediblər. 
Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Eyni qərarı Prezidentin Uzaq Şərq Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi Yuri Trutnev, eləcə də Duma seçkilərində partiyanın regional siyahılarına rəhbərlik edən region başçıları da veriblər.
Onların arasında Tatarıstan (Rüstəm Minnixanov), Kursk vilayəti (Aleksandr Xinşteyn), Leninqrad vilayəti (Aleksandr Drozdenko) və digər regionların rəhbərləri var. Ümumilikdə təxminən 60 nəfər Dumadakı yerlərdən imtina edib.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью